Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayon Heydər Əliyev Mərkəzində keçirilən açıq tarix dərsi

29.05.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018 ci il tarixli 3587 nöməli Sərəncam imzalamışdır. Bu sərəncama əsasən Saatlı rayon Heydər Əliyev Mərkəzində 29.05.2018-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqına törədilmiş “31 Mart” soyqırımının 100 illiyi ilə əlaqədar açıq tarix dərsi keçirildi. Açıq tarix dərsində V.Əsgərov adına  Saatlı rayon 4 №- li tam orta məktəbin tarix müəllimi Seyidova Ayşən və S.Vurgun adına Saatlı rayon 1№-li tam orta məktəbin şagirdləri iştirak etdilər. Açıq dərsi giriş sözü ilə açan Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telman Ağayev şagirdləri salamlayaraq, mövzu ilə əlaqədar məlumat verdikdən sonra sözü tarix müəllimi Seyidova Ayşənə verdi. Ayşən xanım açıq tarix dərsində “31 Mart” soyqırımı ilə bağlı ətraflı məlumat verərək, törədilən soyqırımın yalnız tarixi yönüylə deyil, həmdə siyasi baxımdan geniş ölçəkdə izahlar gətirərək tarixin ən acımasız soyqırımı olan “31 Mart” hadisələrini şərh etdi. Törədilən soyqırımda məqsədin erməni millətçilərinin Azərbaycanda hakimiyyəti yekdil olaraq ələ almaq və ”böyük ermənistan xülyası” yaratmaq idi. Bunun üçün də Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti apardılar. Martın 31-dən Aprelin 3-nə qədər aparılan kütləvi soyqırımda 15 mindən çox insanı qətl etdilər, lakin sentyabr ayına qədər fasilələrlə davam edən soyqırımda isə 50 mindən çox insanı qanına qəltan etdilər. Amma millətimizə qarşı törədilən bu soyqırım xalqımızın içindəki dövlətçilik ideyasını müstəqilliyə olan inamını öldürə bilmədi.  31 mart tarixində baş verən bu soyqırıma ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev hüquqi-siyasi qiymət vermiş və 26 mart 1998-ci ildə “31 mart azərbaycanlıların soyqırım günü” kimi qeyd olunması barədə sərəncam verdi. Bu sərəncam həmçinin gələcək nəsillər üçün də siyasi bir sənəd oldu.