25.05.2018
Mayın 18-dən iyunun 18-dək ölkəmizdə keçirilən ənənəvi “İnsan hüquqları aylığı” çərçivəsində Şirvan şəhər Mədəniyyət Mərkəzi tərəfindən seminar keçirilmişdir. Mədəniyyət Mərkəzinin derektoru Namidə Namininin məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunması, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il mayın 18-dən iyunin 18-dək “İnsan Hüquqları Aylığı”nın keçirilməsi, insan hüquqlarının təmin edilməsi üçün Azərbaycan dövlətinin məqsədyönlü və ardıcıl siyasət, bu istiqamətdə həyata keçirilən tədbirlər, eləcə də bütün bunların əhali arasında geniş təbliğ olunması üçün klub müəssislərinin qarşısında duran vəzifələr barədə ətraflı danışmışdır. Məruzə ətrafında çıxışlar olmuşdur.