25.05.2018
Azərbaycan Xalq Cmhuriyyətinin 100 illik yubileyi münasibətilə Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin elmi işçisi Bibixanım Şükürlü açmışdır. Uşaq Musiqi Məktəbinin xoru Azərbaycan Respublikasının dövlət himnini ifa etmişdir. Tarixçi Mirzə İmanov “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda, şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikası” mövzusunda geniş məruzələrlə çıxış etmişlər.Tədbirin ikinci hissəsində Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri geniş konsert proqramı ilə çıxış etmişlər.