25.05.2018
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Şirvan şəhər Mərkəzi Kitabxanasında “Narkomaniya ilə mübarizə ümumxalq işidir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Narkotik vasitələrin və narkomaniyanın insan sağlamlığına vurduğu zərər və cəmiyyətdə doğurduğu acı nəticələr barədə həkim Ağakişi Pəsiyevin məruzəsi, İlhamə İmanova və Məlahət Məmmədovanın çıxışları dinlənilmişdir. Tədbir iştirakçıları “Narkomaniyaya “Yox” deyək!” adlı kitab sərgisi ilə də tanış olmuşlar.