21.05.2018
Beynəlxalq Muzeylər günü münasibətilə Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü təşkil edilmişdir. Mayın 18-də təşkil olunmuş “Açıq qapı” günündə ümumtəhsil məktəblərinin şagirdləri, kollec tələbələri, Uşaq İnkişaf Mərkəzinin kollektivi, Gənclər evinin nəzdində fəaliyyət göstərən könüllülər qrupunun üzvləri və digər şəhər sakinləri Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmişlər. Ziyarətçilərə Şirvan şəhərinin yerləşdiyi ərazinin tarixi, Azərbaycanda yüksək inkişaf mərhələsinə çatmış xalçaçılıq, misgərlik və digər sənət növləri, şirvanlıların Qarabağ müharibəsində iştirakı və s. haqqında məlumat verilmiş, fərdi və kollektiv ekskursiyalar aparılmışdır. 3, 4, 18 və 21 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlər ziyarətçilərə ədəbi-bədii kompozisiya təqdim etmişlər.