18.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən 21 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti – şərqdə ilk demokratik respublika” adlı növbəti tarix dərsi keçirilmişdir. Dərsin aparıcısı, mərkəzin əməkdaşı Səkinə Qayıbova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa müddət ərzində gördüyü böyük işlər, süquta uğramasının səbəbləri və s. haqqında şagirdlərə ətraflı məlumat, həmçinin, şagirdləri maraqlandıran çoxsaylı suallara cavablar vermişdir.