14.05.2018
Şirvan şəhər Heydər Əliyev Mərkəzində “Ana və oğulun sənət dünyası” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur. Sərgidə ixtisasca stomatoloq olan Səidə Babayevanın əl işləri və onun oğlu, hələ məktəbli olan Elvin Muradovun çəkdiyi rəsmlər nümayiş etdirilmişdir. Səidə xanımın hazırladığı mükəmməl toxuculuq, dekorativ və tətbiqi sənət nümunələri, o cümlədən bijuteriyalar, kötükdən hazırlanmış suvenirlər, müxtəlif məişət əşyaları, eləcə də Nizaminin akvarel və karandaşla mənzərə və animalistik janrlarda çəkdiyi rəsmlər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Əllidən çox əl işinin və rəsmin nümayiş olunduğu sərginin gedişində Şirvan şəhər Uşaq Musiqi Məktəbinin instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.