07.05.2018
26 ildir ki,Şuşa həsrəti,Şuşa niskili ilə yaşayır,bu ağrı-acının sonu olacağı gunu ümüdlə,intizarla gözləyirik.Qarabağın tacı olan Şuşamız indi duşmən taptağı altındadır.Elə bir duşmən ki,maddi mənəvi sərvətlərimizi,milli dəyərlərimizi talayıb,məhv edib,bir çoxlarını da qarət edərək ermənistana aparıblar.1992 –ci il may ayının 8- də erməni qəsbkarlarının işğalından bəri Şuşada 17 məscid,31turbə,2 mədrəsə,549 qədim bina,17 məhəllə bulağı dağıdılıb,8 muzey,31 kitabxana,17 kulub,8 mədəniyyət evi,25 orta məktəb,40 tibb muəssəsi,241 tarixi abidə qarət olunaraq yerlə yeksan edilib.
Bu dəhşətli və ürəkağrıdıcı faktlar rayon Tarix-diyarşunaslıq muzeyində açılan “Şuşanın dağları başı dumanlı” adlı sərginin qarşısında keçirilən tədbirdə vurğulanmışdır.Tədbirdə muzeyin elmi işçisi Gülgəz Məlikova mövzu ilə bağlı məruzə ilə çıxış etmişdir.
Sərgidə Şuşanın işğalı ilə bağlı fotolar,çap məhsulları,habelə rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləri Aygün Həsənovanın və Səbuhi Quliyevin rəsm əsərləri də nümayiş etdirilmişdir.