07.05.2018
07 may 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət və kitabxana işçiləri ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar “Dönüşdən Qurtuluşa”mövzusunda dəyərmi masa keçirilmişdir .Əvvəlcə tədbir iştirakçıları Sabirabad rayon MKS-inin təşkil etdiyi Ulu öndərin mənalı həyat yolu və siyasi fəaliyyətini əks etdirən guşəyə baxış keçirmişlər. Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Ə.Ramazanov açaraq ulu öndərlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. O, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərdən danışıb. Sonra RMTİ-nin məsləhətçisi T.Əzimov çıxış edərək dahi şəxsiyyətin dövlətimizin siyasi və iqtisadi tərəqqisində,ictimai həyatımızın bütün sahələrində müstəsna rolunu qeyd edib vəmilli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Sonda Mədəniyyət Mərkəzinin rejissoru S.Əliyev ifasında ulu öndərə həsr edilmiş “Daim səninlədir bu məmləkət”adlı ədəbi bədii kompozisiyasından ibarət bir parça söyləmişdir.