07.05.2018
Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Energetik” və Bayramlı qəsəbə klublarının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Mədəniyyət müəssisələrinin təbdirlərində fəal iştirak edən bir qrup məktəbli ulu öndərin adını daşıyan meydana gələrək onun abidəsi önünə tər çiçəklər qoymuşlar. Sonra şagirdlər abidənin önündəcə ümummilli liderə həsr etdikləri “Ulu öndər hər zaman bizimlədir” adlı ədəbi-bədii kompozisiyanı tamaşaçılara təqdim etmişlər. Tədbir məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası ilə başa çatmışdır.