04.05.2018
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqil Azərbaycanın memarı Heydər Əliyev” mövzusunda tarix dərsi təşkil olunmuşdur. Dərsdə 11 və 21 nömrəli tam orta məkltəblərin şagirdləri iştirak etmişlər. Dərsi muzeyin baş elmi işçisi Mətanət Musayeva aparmışdır. Aparıcı sovet dövründə və müstəqillik illərində ümummilli liderin Azərbaycanın inkişafı üçün müstəsna xidmətləri haqqında ətraflı məlumat vermişdir. Dərsin müəyyən hissəsi sual-cavab üzərində qurulmuşdur. Şagirdlər verilən suallara doğru cavablar verməklə ümummilli liderin şəxsiyyətinə böyük maraq və məhəbbətlərini nümayiş etdirmişlər. Dərsin sonunda şagirdlər Heydər Əliyev haqqında videofilmə baxmışlar