Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Etnoqrafik nümunələr sərgisi

31.07.2017

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən 20 Yanvar küçəsində “Dünənimizi sabaha bağlayan “körpülər” – muzeylər” adlı sərgi təşkil olunmuşdur. Sərgidə muzeyin etnoqrafiya bölməsinə aid eksponatlar – xovsuz xalçalar, xalça məmulatları, misgərlik və tikmə nümunələri nümayiş etdirilmişdir.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən yay aylarında şəhərə gələn xarici və yerli turistlərin və əhalinin asudə vaxtını səmərəli təşkil etmək, milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədilə təşkil olunmuşdur.