Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabul rayonunda “Novruz” şənliyi

19.03.2018

       Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir…Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.

         Bu gün, yəni 19.03.2018-ci il tarixində Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi. Park başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi. Çörək, şəkərbura bişirən qadınlar, idman edən uşaqlar, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.İcra Hakimiyyətinin başçısı idmançıların müşayəti ilə, Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalını yandırdı.Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansambılı şən musiqilərlə çıxış etdilər.Tədbirdə gənc müğənnilər Sədaqət Ulduz, Şamil Dəniz, Rüfət Axundov, “Qismət” qrupu, Elza Seyidcahan, Şəhla Əhmədova şən musiqilərlə bayrama gözəllik qatdılar. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.