02.04.2018
Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar 30 mart 2018-ci il tarixdə Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Unudulmaz faciə” mövzusunda tarix dərsi keçirilmişdir. Dərsin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dərsi muzeyin direktoru Gülşən Vəliyeva aparmışdır. G.Vəliyeva 1918-ci il martın 31-də Bakıda və Azərbaycanın bir sıra regiaonlarında erməni daşnakları tərəfindən törədilmiş söyqırım hadisələri, bu hadisələrin tarixi kökləri, səbəbləri və acı nəticələri haqqında ətraflı məlumat vermiş, dərs iştirakçılarının çoxsaylı suallarına cavablandırmışdır.