02.04.2018
1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar 30 mart 2018-ci il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Qarabağ” klubunda mühazirə oxunması təşkil edilmişdir. “Qarabağ” klubunun mədəni təşkilatçısı Leyla Ələkbərovanın giriş sözündən sonra soyqırım qurbanlarının xatiəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Şirvan şəhər Peşə Liseyinin tarix müəllimi Mətanət Rəhimovanın azərbaycanlıların soyqırımı haqqında mühazirəsi dinlənilmişdir.
Mühazirədən sonra bədii qiraətçilər İlham Əliyev və Əli Hüseynovun ifasında Cabir Novruzun, Məmməd Arazın vətənpərvərlik mövzusunda şeirləri səslənmişdir.