Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabul rayonunda 8 mart Beynəlxalq Qadınlar günü qeyd edildi

07.03.2018

           07.03.2018-ci il tarixində Hacıqabul rayonunda 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulduqdan sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə rayonun bütün sahələrində çalışan fəal qadınlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov açdı və bütün Azərbaycan qadınlarını 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi, geniş nitq söylədi. Sonra YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov, Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Mərkəzi rayon xəstəxanasının həkimi Aynur Qasımzadə, şəhər 10 saylı tam orta məktəbin X sinif şagirdi Lalə Əsədli çıxış edib qadınları bayram münasibəti ilə təbrik etdilər. İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov  tərəfindən bir sıra fəal qadın  qiymətli hədiyyələrlə təltif olundu. Tədbirin sonunda qadınların cəmiyyətdəki rolundan bəhs edən video çarxa tamaşa edildi.