07.03.2018
Qadınlar bayramı münasibətilə Şirvan şəhər Uşaq Musiqi Məktəbində tədbir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmış, Qadınlar bayramının yaranma tarixi, ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin həyata keçirilməsi, cəmiyyətimizdə qadınların fəal həyat mövqeyi haqqında məlumat vermişdir. Məktəbin direktoru Mübariz Dadaşov çoxsaylı müəllim və şagird kollektivinin qadın üzvlərini bayram münasibətilə təbrik etmişdir.Məktəbin fortepiano şöbəsinin müdiri, Əməkdar Mədəniyyət İşçisi Şəfaqət Hacıyeva qadınlar adından çıxış edərək ölkəmizdə qadınlara göstərilən qayğı, cəmiyyətin tam hüquqlu üzvləri kimi işləməsi, çalışması və inkişaf etməsi üçün qadınlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Tədbirin ikinci hissəsində tamaşaçılara geniş konsert proqramı təqdim olunmuşdur. Konsertdə müəllim və şagirdlərin ifasında Q.Qarayev, M.Əhmədova, F.Əmirov, K.Debüssi, M.Qlinka, A.Paşayev, T.Quliyev, H.Xanməmmədov, A.Bəbirov və.b. bəstəkarlrın əsərləri səslənmişdir.