26.02.2018
Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Qarabağ” klubunda Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar Peşə liseyi ilə birlikdə “Xocalıya ədalət” adlı tədbir keçirilmişdir. Tədbir dövlət himninin canlı ifası ilə başlanmışdır. Liseyin direktor müavini Arifə Qasımovanın giriş sözündən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Liseyin müəllimi Nuranə Bayramovanın məruzəsi, “Qarabağ” klubunun müdiri Adilə Qəhrəmanovanın, dərnək rəhbəri Sevinc Hüseynovanın çıxışları, liseyin şagirdi Məhəmməd Gülmalıyevin ifasında Xocalıya həsr olunmuş şeir dinlənilmişdir. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videofilm nümayiş etdirilmişdir.