Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımına həsr olunmuş tarix dərsi keçirilmişdir

26.02.2018

Şirvan şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tarix dərsi təşkil edilmişdir. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra mərkəzin direktoru Aynur Fərzəliyeva Xocalı soyqırımı haqqında ümumi məlumat vermiş,  o zamankı Azərbaycan rəhbərlərinin faciəni ört-basdır etdiklərini, yalnız faciədən iki il sonra, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ona siyasi qiymət verildiyini şagirdlərin diqqətinə çatdırmışdır. Tarix dərsini mərkəzin əməkdaşı Səkinə Qayıbova aparmışdır. Sual-cavab şəklində qurulmuş tarix dərsində şagirdlər Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumata malik olduqlarını nümayiş etdirmişlər.

         Tarix dərsində Şirvan şəhər 2 və 18 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.