Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımı mövzusunda tarix dərsi keçirilmişdir

26.02.2018

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tarix dərsi təşkil olunmuşdur. Dərsin iştirakçıları əvvəlcə “Xocalı- 26” adlı sərgi ilə tanış olmuşlar. Tarix dərsini muzeyin əməkdaşı Aynur İbrahimova aparmışdır. Dərsin sonunda şagirdlər Azərbaycan Təhsil, Mədəniyyət və Yayımlaşma Dərnəyi tərəfindən azərbaycanlı tələbələrin iştirakı ilə İstambulda çəkilmiş qısa filmə baxmışlar.

         Tarix dərsində Şirvan şəhər 10 və 21 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.