10.06.2026
Beyləqan Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyev İrsi” adlı regional seminar keçirilib.
Seminar çərçivəsində iştirakçılar Heydər Əliyev Mərkəzinə ekskursiya edib, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti, həyat və irsini əks etdirən eksponatlarla tanış olublar.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Seminarda Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, MMRGİİ-nin Gənclərlə iş sektorunun müdiri Murad Həsənli, YAP Beyləqan Rayon Təşkilatının sədr müavini Niyaməddin Əsgərov, MMRMİ-nin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov və digər natiqlər çıxış edərək, 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edərək, xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkədə siyasi sabitliyin bərpasında, dövlətçiliyin möhkəmləndirilməsində və milli inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb, Ümummilli Lider tərəfindən həyata keçirilən siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd ediblər.
Seminarın sonunda “Heydər Əliyev İrsi: Milli Maraqlarla Bəşəri Dəyərlərin Vəhdəti” adlı film nümayiş olunub və xatirə şəkilləri çəkdirilib.