Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Mübariz İbrahimov haqqında kitabın təqdimatı keçirilib

21.06.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan və İmişli rayonları üzrə fəaliyyət göstərən Mərkəzi Kitabxanalarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və qəhrəmanlıq yoluna həsr olunmuş, yazıçı Müşfiq Malik Muğanlının müəllifi olduğu “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” adlı kitabların təqdimat mərasimi keçirilib.

Tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-yazıçı, publisist Müşfiq Malik Muğanlı, ARB TV-nin müxbiri, jurnalist Samir Qurbanov və mədəniyyət işçiləri iştirak edib.

Tədbirin əsas məqsədi vətənpərvərlik ruhunu gücləndirmək və Mübariz İbrahimovun qəhrəmanlığını təbliğ etmək olub.

Tədbirdə çıxış edənlər Mübariz İbrahimovun şəhidliyini xalqımızın milli qürur simvolu kimi dəyərləndirərək onun təkcə ailəsinin deyil, bütün Azərbaycanın övladı olduğunu vurğulayıblar. Bildirilib ki, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Kitabın müəllifi Müşfiq Malik Muğanlı çıxışında tədbir iştirakçılarına təşəkkür edib və bildirib ki, əsər vətənə sədaqət və qəhrəmanlığın nümunəsidir, gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayacaq.