Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

13.06.2025

Sabirabad Rayon İcra Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşun sədası – birliyimizin nəğməsi” adlı tədbir keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin, YAP Sabirabad rayon təşkilatının rəhbər və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər heyəti, şəhid ailələri, mədəniyyət işçiləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub. Daha sonra Mədəniyyət Mərkəzində davam edən mərasimdə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını xüsusi vurğulayıblar.

Tədbirin bədii hissəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri, eləcə də folklor kollektivləri tərəfindən zəngin konsert proqramı təqdim olunub. Konsertdə vətənpərvərlik mövzusunda musiqi nömrələri, xalq və muğam ifaları, saz havaları, rəqs kompozisiyaları yer alıb.

Böyük maraqla qarşılanan tədbir “Azərbaycan - anaların anası” adlı bədii kompozisiyanın nümayişi ilə yekunlaşıb.