13.06.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb, daha sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Dövlət Himninin səsləndirilməsi, şəhidlərin və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasının ardından, Ümummilli lider Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər çıxış edənlər 1993-cü ildəki çətin ictimai-siyasi vəziyyət fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə bərqərar olan sabitlik və inkişafın, həmçinin onun rəhbərliyi ilə həyata keçirilən islahatların, neft strategiyasının, atəşkəsin əldə olunmasının və ordu quruculuğunun Azərbaycanın gələcək uğurlarının əsasını qoyduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində VI Muğam Televiziya Müsabiqəsinin laureatı, Beynəlxalq Muğam Festivalının qalibi, Akademik Opera və Balet Teatrının solisti Mirəli Sarızadə, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin şagirdləri və rayonun incəsənət adamları vətənpərvərlik ruhunda musiqi nömrələri ilə çıxış ediblər.