Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mil-Muğan regionunda “Çəkməli Pişik” nağıl-tamaşası böyük maraqla qarşılanıb

01.06.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı, İmişli və Beyləqan rayonları üzrə fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Çəkməli Pişik” adlı nağıl-tamaşa nümayiş olunub.

Füzuli Dövlət Dram Teatrının təqdimatında nümayiş olunan tamaşa fransız yazıçısı Şarl Perronun eyni adlı əsəri əsasında səhnələşdirilərək uşaqlara dostluq, yoldaşlıq və həmrəylik kimi mühüm əxlaqi-mənəvi dəyərləri aşılamaq məqsədini daşıyıb.

Səhnə əsərinin quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirəni Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti isə Gülgəz Soltanovadır.

Tamaşada Anar Buludov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Vüsal Həsənov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə və Qəlbinur Əhmədli kimi istedadlı aktyorlar çıxış ediblər.

Tədbirlərdə məktəblilər, bağça uşaqları, yeniyetmə və gənclərlə yanaşı, şəhid övladlarının da iştirakı təmin olunub.

Uşaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanan nağıl-tamaşa onların bayram sevincini daha da artırıb.