30.05.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə kitabxanada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bəşəriyyətin sülh carçıları" adlı bayram şənliyi keçirilib.
Tədbirdə İmişli şəhər 1 və 2 saylı məktəbin şagird və müəllim kollektivi, valideynlər, "Xalq sözü" qəzetinin baş redaktoru, mədəniyyət işçiləri iştirak ediblər.
Bayram şənliyində klounla yanaşı uşaqların ifasında milli və dünya rəqslərindən ibarət kompozisiyalar, şeir və mahnılar təqdim olunub.
Tədbirin sürpriz qonağı olan nənə tərəfindən uşaqlara xüsusi hədiyyələr təqdim olunub.
Sonda İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Hürü Şirinova tərəfindən tədbirdə fəal iştirak edən uşaqlar təltif olunub.