22.02.2018
22 fevral 2018-ci il tarixində Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynayan Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçrildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru Eldar Urufov açaraq tədbir iştirakçılarına Azərbaycan şairi İmaddədin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Rayonun şəhər və kənd məktəblərinin şagirdlərinin və fəal oxucuların iştirak etdiyi müsabiqənin 1-ci turunun 8 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib. Münsiflər heyətində Tarix diyarşünaslıq Muzeyinin direktoru ”Əməkdar Mədəniyyət İşçisi ” Şükufə Əsgərova, MKS-in direktor müavini Nəzəkət Salmanova, Mədəniyyət Mərkəzinin rejissoru Seyidməmməd Əliyev, Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Esmira Zeynalova Mərkəzi kitabxananın şöbə müdiri Svetllana Hüseynova, şairə Rəqibə Qəvvaz, Ədəbiyyat Müəllimi Ofeliya Əsədova iştirak edirdi. Yüksək səviyyədə və obyektiv formada həyata keçrilən müsabiqədə 48 nəfər iştirak edirdi. 8 nəfər iştirakçı 9 mart 2018-ci ildə keçiriləcək 2 ci turda iştirak edəcək 1. Əzimov Camal, 2. Əlizadə Aydan, 3. Qarayeva Sübhanə, 4. Mikayılova Rəna, 5. Allahverdiyeva Rəqsanə, 6. Musayeva Nigar, 7. Ağazadə Murad, 8. Qəfərova Vəfa. İştirakçılara uğurlar arzulayırıq.