Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda təcrübə keçən tələbələrlə görüş keçirilib

22.05.2025

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin “Kitabxanaçılıq və informasiya təminatı” ixtisası üzrə Sabirabad rayon Mərkəzi Kitabxanasında istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib.

Görüşdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və İdarənin əməkdaşları iştirak edib.

Görüş zamanı bölgənin mədəni həyatının inkişafı, kitabxana sahəsində gənc mütəxəssislərin hazırlığı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev kitabxanaçı peşəsinin cəmiyyətin maarifləndirilməsi və mədəni irsin qorunmasındakı rolunu vurğulayaraq tələbələrə öz tövsiyələrini verib, həmçinin tələbələri maraqlandıran sualları cavablandırıb.

Eyni zamanda Sabirabad MKS-in direktoru Eldar Urufov tələbələrin praktiki biliklərlə silahlanması və müasir kitabxana sisteminə inteqrasiya olunmaları istiqamətində kitabxanada görülən işlərdən söz açıb və təcrübə prosesinin əhəmiyyətini qeyd edib.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.