Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş dəyirmi masa keçirilib

22.05.2025

Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı dəyirmi masa təşkil olunub.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının tarixi haqqında geniş məlumat verib. O qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın yeni Konstitusiyasının qəbuluna zərurət yaranıb və bu məqsədlə 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya tərəfindən yeni Konstitusiya layihəsi hazırlanaraq ümumi xalq müzakirəsinə təqdim edilib.

Daha sonra çıxış edən YAP Sabirabad rayon təşkilatının rəhbəri Varis Rüstəmov Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dövründə müstəqil Azərbaycan ideyasının reallaşdırılması üçün gördüyü işlərdən danışıb.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxışında Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu vurğulayıb.

Sonda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Konstitusiyasının müəllifi olduğunu bir daha qeyd edərək bu mühüm sənədin xalqımızın hüquq və azadlıqlarının qorunmasında əvəzsiz rol oynadığını qeyd ediblər