16.05.2025
16 may 2025-ci il tarixində Saatlı Dövlət Rəsm Qalereyasının, Tarix-Diyarşünaslıq Muzeyinin və Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Saatlı Dövlət Rəsm Qalereyasında tədbir keçirilib.
Tədbirdə iştirak edən rayon ziyalıları antikorrupsiya davranış modelinin formalaşması ilə bağlı işlərin gücləndirilməsi barədə ətraflı danışıb, cəmiyyətdə məlumatlılığın artırılması məqsədi ilə maarifləndirici məlumatlar veriblər. Tədbir diskussiya şəklində yekunlaşıb.