Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda 18 May - Beynəlxalq Muzeylər Günü qeyd edilib

16.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Heydər Əliyev Mərkəzində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə "Heydər Əliyev və muzeylərimiz" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi və əməkdaşları, Mil-Muğan Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, Sabirabad rayonu üzrə mədəniyyət müəssisələrinin rəhbərləri, əməkdaşları, GİKM-nin əməkdaşları və gənclər iştirak ediblər.

Dəyirmi masada çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim yüksək səviyyədə dövlət qayğısı göstərilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev muzeylərin, milli dəyərlərimizin qorunmasına, bu sahənin inkişafına xüsusi önəm verib. Daha sonra mövzu ətrafında diskussiya formasında müzakirələr aparılıb.

Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sabirabad Komitəsi tərəfindən Sabirabad rayon Heydər Əliyev Mərkəzinin kollektivi Mərkəzin 20 illik yubileyi, Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Muzeyin 45 illik yubileyi, həmçinin 18 May - Beynəlxalq Müzeylər Günü münasibətilə Fəxri Fərmanla təltif olunublar.