Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib

16.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Tarix Diyarşünaslıq Muzeyinin qarşısında "Muzeylər keçmişimizə səyahət, gələcəyimizə mirasdır" adlı tədbir keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının və Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri, rayon Təhsil sektorunun müdiri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Dövlət Himninin səsləndirilməsi və qəhrəman şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər Beynəlxalq Muzeylər Gününün təsis olunmasının tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verərək muzeylərin mədəni irsin qorunmasında və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində iştirakçılara rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi məktəbinin hazırladığı şən musiqi və rəngarəng rəqs nömrələri təqdim olunub.

Daha sonra bayram münasibətilə Beyləqan rayon MİHİ tərəfindən işlərində fərqlənən muzey əməkdaşları Fəxri Fərmanla təltif ediliblər.