Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cocuq Mərcanlıdan - Xocalıyadək!

17.02.2018

17 fevral 2018- ci ildə  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  "Cocuq Mərcanlıdan Xocalıyadək!"  devizi altında tədbir keçilmişdir. Tədbir iştirakçıları öncə 2016-cı ilin aprelində gedən qısa müddətli savaş zamanı şəhid olanların xatirəsinə Horadiz şəhərində həsr edilən abidə kompleksini ziyarət etdilər. Tədbir

 

Cocuq Mərcanlı kənd Mədəniyyət evində davam etdirildi.

 "Xocalı Soyqırımını Tanıtma"   İctimai birliyi, Saatlı şəhər Səməd Vurğun adına  1 saylı  tam  orta  məktəbi və  Cəbrayıl rayonunun Saatlıda yerləşən   Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Sabirabad Regional  Mədəniyyət və Turizm İdarəsinin Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Kitabxana Sisteminin baş metodisti, Respublikanın Əməkdar Mədəniyyət işçisi, tanınmış aktyor-rejissor Mehdi

     Mehdizadə açmışdır.  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bu məktəblərin   şagirdlərinin  iştirakı ilə  Mehdi Mehdizadənin hazırladığı  ədəbi-bədii kompozisiya nümayiş edildi.

         “Xocalı qisasa çağırır bizi!” adlı kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. M. Mehdizadə  sözü qonaqlara verdi.
         Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva  çıxış edib  bu tədbirin Cocuq Mərcanlı kənd Mədəniyyət evində keçirilməsindən hədsiz məmnun olduqlarını qeyd etdi .O, rayon İcra Hakimiyyəti Başçısının salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Xocalı Soyqırımını Tanıtma”  İctimai birliyinin sədri,   “Tərəqqi” medalının mükafatçısı,  Qarabağ qazisi Şamil Sabiroğlu tədbirin hazırlanmasında müstəsna xidməti olan Tatar kənd tam orta məktəbinin direktoru Əfsanə İbrahimova və tanınmış rejissor Mehdi Mehdizadəyə öz təşəkkürünü bildirdi. Azərbaycanın Milli Qəhrəmanı Asif  Məhərrəmov adına İnkişaf Fondunun sədri,   II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Nizami rayon şöbəsinin sədri,  Qarabağ qazisi Məhi Mehtiyev, bu Birliyin Nizami rayon şöbəsi sədrinin müavini, II dərəcəli müharibə əlili İzzət Şirinov, bu Birliyin Cəbrayıl rayon şöbəsinin sədri, II dərəcəli müharibə əlili Səbuhi Hüseynov, “Qafqazmedia”ictimai Birliyinin sədri Hacı Azadə Taleh-Abbasqızı, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi sədrinin müavini Dilbər Sultanova,  "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin İdarə heyətinin üzvü,  Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi,  Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı şəhərindən məcburi köçkün, məlum soyqırım zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş rabitəçi Dürdanə Ağayeva, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Xalidə Vural-Cərayılova, Cəbrayıl rayon Su kanal İdarəsi rəisinin müavini, Respublikanın I dərəcəli Əmək Ordenlisi, Cocuq Mərcanlı kəndinin qəhrəman sakini Oqtay Həziyev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və başqaları çıxış edərək şəhidlərin qisaslarının tezliklə alıənması üçün Azərbaycan xalqını birliyə səslədilər. “Ümüd TV”-nin müxbiri Sevda Tanrıverdiyeva, Saatlı rayonundakı S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunan şeir söylədilər.