Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda Maqsud İbrahimbəyovun yubileyi qeyd olunub

15.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının xalq yazıçısı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibəti ilə “Zamanın aynasında ömür” adlı tədbir keçirilib.

Tədbirdə Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra Maqsud İbrahimbəyovun mənalı ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən, əldə etdiyi nailiyyətlərdən, onun əməyinin Ümummilli lider Heydər Əliyev və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirildiyindən bəhs ediblər.

Bildirilib ki, xalqına xidmət edən şəxsiyyətlər daim ehtiramla yad edilir.