15.05.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Heydər Əliyev Mərkəzi, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Dövlət Proqramı"na uyğun olaraq "15 May - Beynəlxalq Ailə Günüdür!" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyi və əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin, təhsil sektorunun nümayəndələri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbərliyi, din xadimi, ekspert qrupunun üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon gəncləri iştirak ediblər.
Tədbirdə öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərimiz və onun tərkib hissəsi olan ailə dəyərləri haqqında danışıblar.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirərək həmin sahədə mövcud problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib.
Dəyirmi masa zamanı gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin mühüm rolu müzakirə edilib.