Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayonunda Beynəlxalq Muzeylər Günü təntənəli şəkildə qeyd olunub

14.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər xalqların dəyərli xəzinəsidir" adlı tədbir keçirilib.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Saatlı rayon YAP təşkilatının sədri Elşən Əzizov, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, uşaq baxçalarının şagirdləri, məktəblilər, mədəniyyət işçiləri, rayon ictimaiyyəti nümayədələri iştirak ediblər.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru çıxış edərək Beynəlxalq Muzeylər Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verərək muzeylərin mədəni irsin qorunmasında və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində rayonun uşaq bağçaları tərəfindən hazırlanan rəngarəng rəqslər nümayiş etdirilib, həmçinin rayonun incəsənət nümayəndələrinin ifasında musiqi nömrələri ifa olunub.

Tədbirin sonunda iştirakçılar üçün muzey və Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunub, tarixi eksponatlarla yaxından tanış olmaq imkanı yaradılıb.