Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

10.05.2025

Mil-Muğan regionu üzrə rayonlarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə silsilə tədbirlər təşkil olunub.

Öncə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin kollektivi və İdarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Ümummilli Liderin abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları Ulu Öndərin zəngin həyat yolunu əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirlərdə Rayon İcra Hakimiyyətlərinin başçıları, Regional İdarə rəisləri, rayon YAP təşkilatlarının sədrləri, rayonlar üzrə hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsində müstəsna xidmətlərindən, onun əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Daha sonra tədbir mədəniyyət müəssislərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam edib.