Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda “Uğur simvoluna çevrilən lider” adlı tədbir keçirilib

05.05.2025

Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Uğur simvoluna çevrilən lider“ adlı tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Beyləqan rayon təşkilatının sədr müavini, Ağsaqqallar Şurasının sədri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayan tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının müavini Yeganə Məmmədova və digər çıxış edənlər Ulu Öndərin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın inkişafı və sabitliyi naminə atdığı mühüm addımlardan, onun ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə sabitlik və tərəqqi dövrü kimi daxil olub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinin qalibi, Beyləqan şəhəri, şəhid, Milli Qəhrəman, Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Nəsirlinin çıxışı iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.