Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə intellektual oyun keçirilib

05.05.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İmişli rayon Heydər Əliyev Mərkəzində gənclər arasında "Nə? Harada? Nə zaman?" adlı intellektual oyun keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan yarışda müxtəlif yaş qruplarını təmsil edən gənclərdən ibarət 5 komanda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışda "Erudit" komandası qalib gələrək Saatlı şəhərində keçiriləcək final turunda İmişli rayonunu təmsil etmək hüququ qazanıb.