05.05.2025
Məlum olduğu kimi, Beyləqanda Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı və Beyləqan rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həs olunan ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdlərindən təşkil olunmuş kollektivlər arasında “Günəşin səsiyəm mən” adlı xor müsabiqəsi keçirilir.
Son dinləmələrdə rayonun beş tam orta ümumtəhsil məktəbinin xor kollektivi öz ifalarını təqdim ediblər.
Qeyd edək ki, yaxın günlərdə keçiriləcək "Qala" konsertində qaliblər elan olunaraq mükafatlandırılacaqdır.