02.05.2025
02 may 2025-ci il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Beyləqan rayon təşkilatının, “Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə” İctimai Birliyinin üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar barədə, həmçinin korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Eyni zamanda bildirilib ki, korrupsiya ilə mübarizə tək inzibati metodlarla deyil, həm də vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə həyata keçirilməlidir.
Tədbir diskussiya formasında davam edib.