30.04.2025
30 aprel 2025-ci il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılğı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə bağlı olaraq İmişli rayon Mədəniyyət Mərkəzində ”Korrupsiyaya son” adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edənlər korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması və müəssisələrdə belə tədbirlərin keçirilməsinin diqqət mərkəzində saxlanılmasını qeyd ediliblər. tədbir diskussiya formasında davam edib.