28.04.2025
Mil-Muğan Regional Mədədniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Beynəlxalq Əmək Təşkilatının təşəbbüsünə əsasən, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılması üçün 2003-cü ildən hər ilin bu günü Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir.
Qeyd edək ki, builki Ümumdünya Əməyin Mühafizəsi Günü "Rəqəmsallaşma və süni intellektin iş təsirləri" mövzusuna həsr olunub.
Tədbirlərdə rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri, əmək bazarında gözlənilən dəyişikliklər və bu dəyişikliklərə uyğunlaşmaq üçün işçilərin yeni bilik və bacarıqlar qazanmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Çıxışlarda, həmçinin, istehsalat proseslərinə süni intellektin tətbiqinin tərəfləri və əməyin mühafizəsi sahəsində yaranacaq yeni imkanlar haqqında da geniş fikirlər səsləndirilib.