28.04.2025
Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığından bəhs edən "Sirli bənövşə" filmi nümayiş olunub.
Dövlət sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilən filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə, ssenari müəllifləri Əməkdar incəsənət xadimi Sara Oğuz Nəzirova və Şamil Nəcəfzadədir.
Filmin süjeti xətti Məhsəti Gəncəvi haqqında elmi iş yazan və xəyallarında özünü şairənin obrazında canlandıran gənc tədqiqatçı qız və onun topladığı materiallar üzərində qurulub.
Qeyd edək ki, filmin nümayişi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Açıq qapı" gününün elan olunması ilə əlaqədar əhalinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirilir.