Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 aprel–Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

18.04.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları “18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə regionda yerləşən tarixi abidələri və yerləri ziyarət ediblər, həmçinin muzey müəssisələrində müxtəlif səpkili tədbirlər, açıq qapı günü təşkil olunub.

Ziyarətçilər İmişli rayonu ərazisində tarixi ilk orta əsrlərə aid olan "Qızıltəpə", XI -XIV əsrlərə aid olan "Muxurtəpə" yaşayış yeri, Sabirabad rayonu ərazisində 1657 – ci ildə inşa edilmiş "Qalağayın", 1900 - cu ildə inşa edilmiş "Şamaxılı” məscidlərini rayonun Şəhidlər xiyabanında 1941-1945-ci illər müharibəsinə həsr olunmuş abidəni ziyarət ediblər.

Ekskursiya zamanı iştirakçılara qədim yaşayış məskənləri və abidələr haqqında ətraflı məlumat verilib.

Maraqla qarşılanan ekskursiyanın sonunda xatirə şəkilləri çəkdirilib.