Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühazirə

20.02.2018

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri. Əlimərdan bəy Topçübaşov və Fətəli xan Xoyski” mövzusunda mühazirə oxunması təşkil edilmişdir. Tədbir iştirakçıları əvvəlcə “AXC-100” adlı sərgi ilə tanış olmuşlar. Muzeyin bələdçisi Sevinc Namini sərgidə nümayiş etdirilən eksponatlar haqqında məlumat vermişdir. Sonra Arzu Əliyevanın layihə rəhbəri olduğu “Əbədi ezamiyyət” sənədli filmindən fraqmentlər nümayiş olunmuşdur. Daha sonra muzeyin əməkdaşı Xatirə Əliyevanın  mühazirəsi dinlənilmişdir.