04.04.2025
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Sabirabad şəhərində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti üçün ustad dərslərinin keçirilməsinə başlanılıb.
Ustad dərslərinin keçirilməsinin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təlim prosesinin peşəkar səviyyədə qurulması, eləcə də bu sahədə fəaliyyət göstərən müəllimlərin və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir.
Bir neçə gün davam edəcək dərslərdə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, təkmilləşdirilməsi, daha səmərəli təşkil edilməsinə nəzarət və yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi, həmçinin ustad dərslərin tar ixtisası üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təhlil, təlim və tədris şöbəsinin müdiri, Əməkdar artist Neymət Məzahir oğlu Mürsəlov və kamança ixtisası üzrə Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseyn oğlu Hüseynov tərəfindən keçirilməsi nəzərdə tutulur.