31.03.2025
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Murad Telman oğlu Mirzəyevin doğum günü ilə əlaqədar Sabirabad rayonunun Şəhidlər xiyabanında onun xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzüblər, Milli Qəhrəmanın əziz xatirəsini ehtiramla yad ediblər.
Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Nadir Quliyev çıxış edərək Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, döyüşlər zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar.