Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Soyqırımı qurbanlarının xatirəsi yad edilib

31.03.2025

Soyqırımı qurbanlarının xatirəsi yad edilib

Mil-Muğan regionu üzrə rayonlarda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşlarının, şəhid ailələrinin, mədəniyyət işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi rayonlarda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, önünə gül dəstələri düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Eyni zamanda, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində anım tədbirləri, mühazirələr və sənədli film nümayişləri keçirilib. Tədbirlərdə çıxış edənlər 1918-ci ilin mart ayında erməni daşnak-bolşevik silahlı dəstələrinin Bakıda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən bəhs ediblər, bu qanlı hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.