19.03.2025
İmişli rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında İmişli rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Ergənəkon - Türkün əzəli yurda dönüşü-Novruz” adlı ümumrayon tədbir keçirilib.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə müəssisə və təşkilatlarının rəhbər heyəti və əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirin rəsmi hissəsində İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibətilə təbrik edib.
Daha sonra tədbir iştirakçıları tərəfindən Novruz bayramına aid milli adət-ənənələrimizi əks etdirən nümunələrə baxış keçirilib.
Tədbirin bədii hissəsində İmişli rayon mədəniyyət müəssisələrinin kollektivlərinin hazıladığı Novruza həsr olunmuş səhnəciklər, folklor nümunələri, bədii kompozisiya və rəqslər nümayiş etdirilib, həmçinin incəsənət nümayəndələrinin ifasında bayram ab-havasını özündə əks etdirən musiqi nümunələri ifa olunub.